İnnovasiyanı SMART
yolu ilə yarat!

Smart Academy olaraq hansı təlimləri təklif edirik?

Komandamızla tanış olun!

Vüsalə Cavadova yüksək təcrübəyə malik keyfiyyətə nəzarət üzrə mütəxəssisdir. Hal-hazırda Azərbaycan Hava Yolları ASC-də Keyfiyyətə nəzarət üzrə baş mühəndis vəzifəsində çalışır. Əvvəllər Azercosmosda Lead Quality Assurance Engineer, Gilan Textile Parkda isə GiLTEX Keyfiyyətə nəzarət meneceri olaraq çalışıb.
V.Cavadova Bakı Mühəndislik Universitetində Sənaye Mühəndisliyi üzrə bakalavr təhsili alıb. Onun zəngin iş təcrübəsi və keyfiyyətə nəzarət sahəsindəki bilikləri, kurs iştirakçılarına praktiki və real iş təcrübəsi təqdim etməyə imkan verir.

Ləman Cavanşirova kalibrləmə və inspeksiya sahəsində ixtisaslaşmış təcrübəli mütəxəssisdir. Hal-hazırda Xazar Daniz Service şirkətində metrologiya mühəndisi vəzifəsində çalışır.
O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Metrologiya və metroloji təminat ixtisası üzrə magistr dərəcəsi almışdır.
L.Cavanşirova dəqiqlik, keyfiyyət və standartlara uyğunluğun təmin edilməsi sahəsində geniş biliyə və praktik təcrübəyə malikdir. Onun bilikləri və təcrübəsi kurs iştirakçılarına metrologiya sahəsində dərin anlayış qazandırmağa kömək edəcək.

Keyfiyyətə Nəzarət üzrə Aparıcı Mütəxəssis, Avrora Group
Lətif Əsədov qida sənayesində keyfiyyətə nəzarət və qida texnologiyaları sahəsində geniş təcrübəyə malik mütəxəssisdir. Hazırda Avrora Group-da Keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssis kimi fəaliyyət göstərir.
O, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Qida Texnologiyaları və Emalı ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Daha öncə Azza və Azərsun kimi aparıcı şirkətlərdə çalışaraq keyfiyyətə nəzarət və istehsal proseslərinin idarə olunmasında dəyərli təcrübə qazanmışdır.
L.Əsədovun bilikləri və real iş təcrübəsi kurs iştirakçılarına beynəlxalq standartlara uyğun keyfiyyət nəzarəti sistemlərini daha dərindən anlamağa kömək edəcək.